"Report"un məlumatına görə, bu barədə Ümumrusiya Atletika Federasiyasının rəsmi saytı xəbər yayıb.Bildirilib ki, komissiyada yeni üzvlər kimi Mariya Aqlitskaya və Cennifer Akiniymika da yer alıb. Qərar idmançılar komissiyasının video-konfrans formatında keçirilən səsverməsindən sonra qəbul olunub.
Qeyd edək ki, komissiyasının tərkibində Tatyana Çebıkina, Timofey Çalıy, Andrey Manjulin, Oleq Qriqoryev, Andrey Safranov və Mark Burdin də yer alır.