“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə zərurət yaranmayanda evdən çıxmaq olmaz: “Əks halda Gücüstan hökuməti ümumi karantin elan etməyə məcbur olacaq. Bu, o deməkdir ki, vətəndaşlar SMS göndərməklə nəzarət altında evdən çıxmalı olacaqlar. Həmin mesajda evdən çıxmağın zərurəti detallı olaraq – məqsəd və hərəkət traektoriyası göstəriləcək. Bu cür sistem digər ölkələrdə uğurla tətbiq olunur. Gürcüstanda da bu sistemin tətbiqi nəzərdən keçirilir”.