Sarkisyan “Aprel döyüşləri” haqda bütün sirləri açacaq

Sarkisyan “Aprel döyüşləri” haqda bütün sirləri açacaq
14:43 16 Aprel 2020
207 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Aprel döyüşləri” haqda bütün sirləri açacaq.

Publika.az
xəbər verir ki, Sarkisyan koronavirus pandemiyasına görə tətbiq olunan fövqəladə vəziyyətin başa çatmasından sonra danışacağını açıqlayıb.

“Mən heç nə gizlətməyəcəm, bütün suallara cavab verməyin vaxtı çatıb. Söz verirəm ki, fövqəladə vəziyyət bitəndən sonra Ermənistanın bütün KİV-ni dəvət edəcəm və “Aprel döyüşləri”nə aid bütün suallara cavab verəcəm”, - o bildirib.

Qeyd edək ki, “Aprel döyüşləri”ndə Ermənistanın acınacaqlı məğlubiyyəti ilə bağlı bu ölkənin parlamentində araşdırma komissiyası yaradılıb. Sarkisyan bu gün həmin komissiyanın qarşısına çıxıb.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/310976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR