“Report” xəbər verir ki, məlumatı Suriyanın SANA agentliyi yayıb.
Bildirilib ki, yardımı gətirən təyyarənin hava limanında qarşılanma mərasimi keçirilib. Tədbirdə Suriya xarici işlər nazirinin müavini Feysəl Məkdad və Çinin Suriyadakı səfiri Fen Biao iştirak ediblər.
Yardım təyyarədən endirilib, məlum olub ki, bu yalnız iki kiçik qutudan ibarətdir.
Rəsmilər həmin qutuların yanında foto çəkdiriblər.
İki qutu yardım üçün qarşılanma mərasiminin keçirilməsi və xarici işlər naziri müavinin mərasimdə iştirak etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.