Onlarla tibb işçisi koronavirusa yoluxdu - İranda

Onlarla tibb işçisi koronavirusa yoluxdu - İranda
14:58 16 Aprel 2020
168 Digər
Ölkə mətbuatı
A- A+

İranın Məşhəd şəhərində 100-ə yaxın tibb işçisi Kovid-19 virusuna yoluxub.

Publika.az xəbər verir ki, bu barədə IRNA İnformasiya Agentliyi məlumat yayıb.

Agentliyə açıqlama verən Məşhəd Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Bəhreyni virusa yoluxanlardan hamısının tədris ocağının nəzdindəki xəstəxana işçiləri olduğunu deyib.

Rektor qeyd edib ki, onlardan bəziləri sağalıb. Bir qisminin müalicəsi davam edir. Ölüm faktı isə qeydə alınmayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/310978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR