Belçikada komendant saatının müddəti uzadıldı

Belçikada komendant saatının müddəti uzadıldı
15:22 16 Aprel 2020
190 Digər
Ölkə mətbuatı
A- A+

Belçikada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan komendant saatı rejiminin müddəti mayın 3-dək uzadılıb.
“Report” “Aksham”a istinadən xəbər verir ki, bu barədə qərar aprelin 16-da Belçika hökuməti ilə Milli Təhlükəsizlik Şurasının birlikdə keçirilən iclasında qəbul olunub.
Belçikanın baş naziri Sofi Uilmes komendant saatının müddətinin uzadılğını bildirərək festival və hər cür tədbirlərin avqustun 31-dək təxirə salındığını vurğulayıb.
O, qarşıdan gələn həftələrdə vəziyyətə görə dəyişikliklərin ola biləcəyini də istisna etməyib.
Baş nazirin sözləinə görə, tikinti materialları, bağçalar üçün avadanlıqlar və ev heyvanları üçün tələb olunan mallar satan iş yerlərinin bir qismi aprelin 20-dən açılacaq. Belçikada market, aptek, sifarişlə işləyən restoranlar isə açıqdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcikada-komendant-saatinin-muddeti-uzadildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR