Putin Rusiyada koronavirusa qarşı vaksinin hazırlanması barədə

Rusiyada koronavirusa qarşı vaksinin hazırlanması üzərində işlər uğurla davam edir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin videokonfrans zamanı deyib.

Prezident bildirib ki, hazırda yeddi elmi qurumda vaksinin axtarışları üzrə işlər aparılır. Onun sözlərinə görə, bəzi qurumlarda işlər uğurla davam edir.

Qeyd edək ki, bu günə qədər Rusiyada 32 mindən çox şəxs koronavirusa yoluxub, 273 nəfər həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR