Nigeriyada prezident administrasiyasının rəhbəri Mallam Abba Kiari koronavirusdan dünyasını dəyişib.
Bu barədə prezidentin mətbuat katibi Qarba Şehu "Twitter" hesabında yazıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Təəssüf hissi ilə bildiririk ki, prezident administrasiyasının rəhbəri Mallam Abba Kiari dünyasını dəyişib. Onun COVID-19-la bağlı testi müsbət nəticə vermişdi. Bununla bağlı Kiari müalicə alırdı", - deyə Şehu yazıb.
Respublikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) son məlumatlarına əsasən, ölkədə 493 nəfər koronavirusa yoluxub, 17 nəfər dünyasını dəyişib.
Milli.Az