.

Koronavirus testindən kimlər keçə bilər?

Koronavirus testindən kimlər keçə bilər?
21:42 18 Aprel 2020
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Kim istərsə, heç bir əlamət olmadığı halda testdən keçə bilmir, ancaq özündə əlamət hiss edənlər müəyyən prosedurlardan sonra B

u barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) insanlar hansı hallarda testdən keçirilir, istənilən şəxs ödənişsiz şəkildə testdən keçə bilərmi suallarına cavab olaraq bildirilib.

Məlumatda qeyd olunur ki, əvvəlcə karatində olanlar testdən keçirilirdi və nəticəsi pozitiv olanlar xüsusi rejimli xəstəxanaya yerləşdirilirdi: "Digərlərinin karantin rejimi davam edirdi. Karantində olmadığı halda digər testdən keçirilənlər isə özləri təcili yardıma zəng edənlərdir. Həmin adamlar özlərində bəzi əlamətlər hiss edəndə 103 və 11 3-ə zəng edirlər, sual-cavab aparılır və çağırış qəbul olunarsa, həmin evə gedilir və həkimin müayinəsindən sonra nümunə götürülüb-götürülməməsinə qərar verilir. Nümunə götürülən insan karantinə aparılmır, cavablar çıxana qədər evdə karantin tətbiq olunur. Cavabdan sonra əgər cavab müsbət çıxarsa, həmin adam xəstəxanaya aparılır. Əks halda, adi soyuqdəymədən evdə müalicə tövsiyə olunur".

TƏBİB-dən o da bildirilib ki, təcili yardıma zəng edib müayinəsinə qərar verilənlərin müayinəsi pulsuz aparılır: "Müayinənin dövlətə neçəyə başa gəldiyini isə açıqlaya bilmərik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR