Braziliyada koronavirusa yoluxanların sayı 36 mini ötüb

Braziliyada koronavirusa yoluxanların sayı 36 mini ötüb
10:52 19 Aprel 2020
117 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 36 599 nəfərə çatıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Son 24 saat ərzində daha 2917 yoluxma və 211 ölüm halı qeydə alınıb. Sağalanların sayı 14 026 nəfər təşkil edir".

Bildirilir ki, hazırda Braziliyada koronavirusdan ölüm səviyyəsi xəstələnənlərin ümumi sayından 6,4 faiz təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR