TRAMP SEVİNDİ: ''İndi neft almaq vaxtıdır''

"Neftin qiymətinin enməsinə səbəb,heç kimin maşın sürməməsidir''

Metbuat.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp, ABŞ-da xam neft qiymətlərinin sıfırdan aşağı düşəndən sonrakı vəziyyəti şərh edərkən deyib.

Tramp deyib ki, hal hazırda koronavirus səbəbindən bütün zavodlar bağlanıb.Bu da neftin qiymətinin sıfıra düşməsinə səbəb oldu.

"İndi neft almağ zamanıdır. ABŞ olaraq Strateji Neft Ehtiyatımızda 75 milyon barel neft alacağıq. İndi 75 milyon barrel almaq gücümüz var. İndi neft almaq vaxtıdır."

Neftin qiymətinin yenidən yüksələcəyini deyən Tramp bildirib ki bu uculaşma qısamüddətlidir "Bu, neftin vəziyyətindən daha çox maliyyə vəziyyətdir. Bazarlarda tıxanma var, buna görə qiymətlər aşağı düşdü. Xam neftin qiymətləri 1 ay müddətində 25-28 dollar arasında dəyişəcək''

Mənbə:Reuters


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR