“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətə borclarının restrukturizasiyası üçün qəyyum təyin edilib.
“Qəyyum olaraq İngiltərənin “Deloitte” beynəlxalq audit şirkətindən 4 nəfər təyin edilib. Bu gün verdiyimiz qərar, koronavirusla mübarizə apararkən şirkətin gələcəyini təminat altına almaqdır. Avstraliyanın ikinci hava yolu şirkətinə ehtiyacı var və biz uçmağa davam etməkdə qərarlıyıq”, - şirkətin CEO-su Paul Skurrah deyib.
Beləki, qəyyumların təxminən 10 min birbaşa və 5 min bilavasitə işçisi olan şirkətin borclarını restrukturizasiya etməsi və “Virgin Australia” aviadaşıyıcısına yeni alıcı tapması gözlənilir.
Qeyd edək ki, şirkət daha əvvəl 1,4 milyard ABŞ dolları məbləğində kredit üçün Avstraliya hökumətinə müraciət etsə də, istəyi qəbul edilməmişdi.