Virusdan ən çox zərər çəkən ölkələrdən biri karantin rejimini yumşaldır

Virusdan ən çox zərər çəkən ölkələrdən biri karantin rejimini yumşaldır
15:13 21 Aprel 2020
227 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya may ayında koronavirus pandemiyasına qarşı tətbiq olunan karantin tədbirlərini yumşaltmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Cüzeppe Konte feysbuk hesabında yazıb.

Baş nazir bildirib ki, karantin rejimi bu həftə ərzində açıqlanacaq detallı plan daxilində dəyişdiriləcək: "Virusla yaşayacağımız ikinci mərhələ üçün hökumət və mütəxəssislərlə gecə-gündüz çalışırıq. 4 maydan etibarən yeni plan tətbiq olunacaq".

Ölkənin şimalında iş yerlərinin açılması üçün səsləndirilən tələblərə cavab verən Konte bunları qeyd edib: "Mənim də sabah iş yerlərini açıb yenidən hərəkətə keçməyi demək xoşuma gələr. Lakin hökumət hər zaman vətəndaşının sağlamlığını prioritet saxlayıb. Ümumi açılış yoluxmanı nəzarətsiz şəkildə artıra və bu vaxta qədər etdiklərimizi boşa çıxarar".

Qeyd edək ki, İtaliyada 10 martdan etibarən xüsusi karantin rejimi tətbiq olunur.

Son rəqəmlərə görə, İtaliyada 181 min 228 nəfər koronavirusa yoluxub. 24 min 114 nəfər dünyasını dəyişib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/311450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR