Rusiyada federasiya prezidenti koronavirusa yoluxdu
Paylaş
175 baxış·1 dəq oxu
Rusiyanın Sinxron Üzgüçülük, Suya Tullanma və Su Polosu Federasiyasının prezidenti Aleksey Vlasenko koronavirusa yoluxub. "Report" xəbər verir ki, bu badərə qurumun rəhbərinin özü TASS-a açıqlamasında bildirib. O, hazırda xəstəxanada olduğunu söyləyib: "Bir həftədir ki, buradayam.Tezliklə məni xəstəxanadan buraxmalıdırlar".