Gürcüstanın elektrik enerjisi tələbatının 54%-ni Azərbaycan ödəyib

Gürcüstanın elektrik enerjisi tələbatının 54%-ni Azərbaycan ödəyib
15:32 21 Aprel 2020
162 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan 402,796 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Yanvar-martda qonşu ölkə, ümumilikdə, 744,18 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib. Bu həcmin 54,3%-ni Azərbaycan təmin edib.
İllik müqayisədə Gürcüstanın Azərbaycandan aldığı elektrik enerjisinin həcmi 55,810 milyon kilovatt/saat və yaxud 12,1% azalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-elektrik-enerjisi-telebatinin-54-ni-azerbaycan-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR