Dünyada aclıqdan əziyyət çəkənlərin sayı ikiqat arta bilər

Dünyada aclıqdan əziyyət çəkənlərin sayı ikiqat arta bilər
18:42 21 Aprel 2020
191 Digər
Ölkə mətbuatı
A- A+

Ərzaq qıtlığı ilə üzləşərək kəskin aclıqdan əziyyət çəkənlərin sayı 2019-cu ildəki 130 milyon nəfərə qarşı cari ildə COVID-19 pandemiyası üzündən ikiqat arta bilər.
“Report” xəbər verir ki, bu barədə Dünya Qida Proqramı (WFP) tərəfindən açıqlanan növbəti
Qlobal Ərzaq Böhranları Hesabatında bildirilir.
Ekspertlərin qənaətincə, ən risqli regionlara ərzaq və humanitar yardımlar çatdırmaq üçün qısa vaxtda tədbirlər görülməsə, hazırkı koronavirus böhranı milyonlarla insanı aclığa düçar edə bilər. Belə ki, 2020-ci ilin sonunadək kəskin ərzaq etibarsızlığı üzündən dünya boyu aclıqla üzləşənlərin sayı 265 milyona çatacağı güman edilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), WFP və daha 14 təşkilat tərəfindən hazırlanan Qlobal Ərzaq Böhranları Hesabatına görə, bəzi ən kasıb ölkələr koronavirusdan zərər çəkmiş xalqlarını qorumağa, aclığın qurbanına çevrilməmələrinə çalışmaq məcburiyyətilə üzləşə bilər. Hesabatda hazırda Orta Şərqdən Asiya və Latın Amerikasınadək geniş əraziləri ağuşuna alan siyasi hadisələrin də təsirilə 2007-2008-ci illərdə baş vermiş ərzağın bahalaşmasının təkrarlanacağı barədə xəbərdarlıqlar yer alır. Bununla yanaşı, kölgə iqtisadiyyatında çalışanların, habelə 79 milyon qaçqın və məcburi köçkünün də xüsusi qayğıya möhtac olduqları qeyd edilir.
WFP ərzaq qıtlığının ən çox hiss olunduğu regionlara humanitar yardım çatdırmaq üçün təcili olaraq 280 milyon avro məbləğində vəsaitin lazım olduğunu, lakin bunun hələlik dörddəbir hissəsinin ayrıldığını açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dunyada-acliqdan-eziyyet-cekenlerin-sayi-ikiqat-arta-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR