Berlində mağazalar açılır

Berlində mağazalar açılır
21:12 21 Aprel 2020
214 Digər
Ölkə mətbuatı
A- A+

Berlində çərşənbə günündən 800 kvadratmetrədək sahəsi olan dükanlar açılacaq.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Almaniyada yeni koronavirusla bağlı mart ayının əvvəlindən qüvvədə olan bəzi məhdudiyyətlər yumşaldılır.
Qeyd edək ki, Berlin əyaləti Senatı da bəzi qərarlar verib. Belə ki, ictimai nəqliyyatda qoruyucu maskalar taxmaq icbaridir. Həmçinin metryarımlıq sosial məsafə qaydası qüvvədə qalsa da, ər-arvada və eyni mənzildə yaşayan qohumlara şamil olunmur. Bundan əlavə, 20 nəfərədək iştirakçısı olan özəl və ailə məclisləri keçirməyə də icazə verilir. Mayın 3-dək açıq havada 20 nəfərədək, sonrakı dövrdə 50 nəfərədək toplantılar keçirilə biləcək.
Mayın 4-dən paytaxtda muzeylər və təhsil müəssisələri açılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/berlinde-dukanlar-acilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR