Azərbaycanın Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarından axan çaylarının üzərində 17 su anbarı tikilə bilər. "Report" xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib. "Anbarların tikilməsi ölkənin maliyyə imkanlarından asılıdır", - deyə o, qeyd edib.