Braziliyada COVID-19-dan ölənlərin sayı 2700-ü ötdü

Braziliyada COVID-19-dan ölənlərin sayı 2700-ü ötdü
03:47 22 Aprel 2020
204 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyada son bir gün ərzində COVID-19-dan ölənlərin sayı daha 166 nəfər artıb.
“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 2 741 nəfərə çatıb.
Son məlumatlara görə, ölkədə koronavirusa bir günlük yoluxma 2 498 təşkil edib. Koronavirusa ümumilikdə 43 079 yoluxma təsdiqlənib, ölüm 6,4%-dir. Pandemiyadan ən San-Paulo və Rio-de-Janeyro ştatları zərər çəkib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-covid-19-dan-olenlerin-sayi-2700-u-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR