Britaniya tibbi yardım üçün növbəti dəfə Türkiyəyə üz tutdu

Britaniya tibbi yardım üçün növbəti dəfə Türkiyəyə üz tutdu
03:53 22 Aprel 2020
220 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Böyük Britaniyaya növbəti dəfə tibbi ləvazimatlar göndərib.

Publika.az xəbər verir ki, Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə koronavirusa qarşı mübarizədə istifadə olunan ləvazimatları daşımaq üçün İstanbula enib. Bir neçə tondan ibarət ləvazimatlar arasında tibbi maskalar, əlcəklər, həkimlərin istifadəsi üçün nəzərdə tutulan qoruyucu geyimlər və digərləri olub.

Qeyd edək ki, bundan əvvəl Türkiyə krallığa iki dəfə oxşar yardım göndərib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/311507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR