Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
"Mən ona sağlamlığı arzulamaq istəyirəm, çünki əgər o xəbərlərdə deyildiyi kimi, belə vəziyyətdədirsə, bu, çox ciddidir", - Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp deyib.
"Heç kəs onları (xəbərləri-red.) təsdiq etmədi... Nə vaxt ki, CNN xəbərlərlə çıxış edir, mən onlara çox da inanmıram", - Tramp əlavə edib.
O, Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bir daha təkrarlayıb.