Neymar "Barselona”ya qayıtmağa hazırdır

Neymar "Barselona”ya qayıtmağa hazırdır
07:37 22 Aprel 2020
235 Digər
Ölkə mətbuatı
A- A+

PSJ-nin braziliyalı hücumçusu Neymar əmək haqqının əhəmiyyətli dərəcədə azaldılması şərti ilə “Barselona”ya qayıtmağa hazırdır.
“Report”un məlumatına görə, bu barədə “Mundo Deportivo” bildirib.
Məlumata görə, Neymar Fransada bir il ərzində təxminən 52 milyon avro qazanır. Bu məbləğə PSJ-nin maaşı, həmçinin Qətər bankının səfiri roluna görə ödəniş də daxildir. Braziliyalı "Barselona”ya keçəcəyi təqdirdə onun bankla əməkdaşlığı bitəcək və futbolçu buna görə təxminən 30 milyon avro itirəcək
Neymar 2017-ci ilin avqustunda PSJ-nin oyunçusu olub. O, kluba 222 milyon avro müqabilində "Barselona”dan keçib. İyirmi yeddi yaşlı hücumçu “parislilər”in heyətində 80 matç keçirib və 69 qol vurub, habelə 39 məhsuldar ötürmə edib.
Neymarın PSJ ilə müqaviləsi 2022-ci il başa çatır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neymar-barselona-ya-qayitmaga-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR