Ermənistanın paytaxtı İrəvanda atışma olub.

Publika.az xəbər verir ki, hadisə “Safo” adlı gözəllik salonunun qarşısında qeydə alınıb. Atışma zamanı 1 nəfər xəsarət alıb. O, tibb mərkəzinə yerləşdirilib.

Qeyd edilir ki, yaralı kriminal aləmin üzvü - yerli avtoritetdir.

Hadisənin təfərrüatları açıqlanmır.//Report