Tramp radikal qərarı ilə bağlı SON NÖQTƏNİ QOYDU: 60 gün müddətinə,..

Tramp radikal qərarı ilə bağlı SON NÖQTƏNİ QOYDU: 60 gün müddətinə,..
08:18 22 Aprel 2020
203 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus (COVİD-19) səbəbiylə iş yerlərini itirən amerikalıların məşğulluğuna prioritet verəcəklərini və buna görə ölkəyə gələn immiqrantların qəbulunu 60 gün müddətinə dayandıracaqlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə Ağ Ev-də keçirilən mətbuat konfransında deyib.

"ABŞ-a immiqrasiyanı müvəqqəti dayandıran fərman imzalayacağam. Bunu, böhrana görə işsiz qalan amerikalıların iş yerlərinin müdafiəsi üçün edəcəyəm. Belə bir vəziyyətdə mühacirləri Amerika işçiləri ilə əvəz etmək düzgün olmazdı" - deyə ABŞ Prezidenti bildirib.

Ehtimal olunur ki, immiqrasiya ilə bağlı qanun layihəsi sabah Nümayəndələr Palatasında səsə qoyulacaq.

Sahib / Publika.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/311512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR