Bakıda küçə iti qadına hücum etdi

Bakıda küçə iti qadına hücum etdi
10:52 22 Aprel 2020
217 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda 60 yaşlı qadını it dişləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbənin Donuzçuluq sovxozu adlanan ərazisində yaşayan 1960-cı il təvəllüdlü qadına küçə iti hücum edib. İt qadını ayağından dişləyərək, xəsarət yetirib.

Qadın dərhal xəstəxanaya müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/844073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR