İtaliyanın "Viçentsa" klubunun futbolçusu Edoardo Boltson insult keçirib. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, C Seriyası təmsilçisinin 17 yaşlı oyunçusu Trevizo xəstəxanasında təcili əməliyyat olunub. Hadisə və təfərrüatlar barədə məlumat verilməyib.