“Report” “Sputnik”ə istinadən xəbər verir ki, siyahıda Bakıdakı Heydər Əliyev Mərkəzi də yer alıb.
Reytinq mədəniyyət obyektlərinin populyarlığının və onlar üzrə onlayn tur və virtual ekskursiya təkliflərinin araşdırılmasına əsaslanır.
“TurStat”ın tərtib etdiyi reytinqdə, müasir Bakının rəmzi olan Mərkəz ikinci yeri tutub. Minskdəki Belarus Milli Müasir İncəsənət Mərkəzi birinci, Nur-Sultandakı Sülh və Razılaşma Sarayı (Piramida) üçüncü olub.