Qaz sayğaclarından qanunsuz istifadə edənlər aşkarlanıb

Qaz sayğaclarından qanunsuz istifadə edənlər aşkarlanıb
11:52 22 Aprel 2020
223 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə tətbiq edilən xüsusi karantin rejimi müddətində vətəndaşların təbii qazla fasiləsiz və stabil rejimdə tələbata uyğun təminatı üçün "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsi tərəfindən bütün zəruri tədbirlər görülür və istehsalat şəraiti tam nəzarətdə saxlanılır.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna Ağsu Regional Qaz İstismar İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, abonentlərin müraciətləri 104 daimi zəng xidməti, mobil telefonlar və sosial şəbəkə üzərindən onlayn olaraq qəbul edilir və müraciətlərə operativ şəkildə baxılaraq müştəri məmnuniyyətinin əldə edilməsinə xidmət edilir.
Bununla yanaşı, "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsi tərəfindən keçirilən baxışlar zamanı təbii qazdan qeyri-qanuni yollarla istifadə etməklə dövlətə ziyan vuran bəzi  abonentlər müəyyən edilib.
Belə ki, Kürdəmir rayonu Ə. Vahid küçəsinin sakini Saleh Əliyev və Sığırlı kəndindəki abonentlər Əflatun Əhmədov, Alov Əmirov, Simuzər Qaçayeva, Səlahəddin Quliyev və Davud Nəbiyevin mənzillərinin qaz xəttləri üzərində quraşdırılmış qaz sayğaclarını özbaşına açaraq rezin boru birləşməsi ilə təbii qazdan qanunsuz istifadə etdikləri aşkar edilib. Bununla bağlı qaz istismar idarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülərək onların qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilib.
Bundan başqa, "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsi bir daha təbii qazdan qanunsuz yollarla istifadə etməyə cəhd göstərən istehlakçıları məsuliyyətli olmağa və digər abonentlərində qazdan normal rejimdə istifadəsinə mane olmamağa çağırır.





Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/kurdemirde-qaz-saygaclarindan-qanunsuz-istifade-eden-sexsler-askarlan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR