Türkiyənin İstanbul şəhərində ağır qəza olub.

Publika.az xəbər verir ki, Sultanqazi rayonunda relsdən çıxan tramvay sərnişin avtobusu ilə toqquşub.

Toqquşmanın təsiri ilə avtobus aşıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb.

Qəzanın zərərlərini aradan qaldırmaq üçün yol müvəqqəti bağlanıb.