Tramp koronavirusa görə verdiyi yardımı geri tələb edir

Tramp koronavirusa görə verdiyi yardımı geri tələb edir
14:13 22 Aprel 2020
190 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp Harvard Universitetindən yeni tip koronavirusla mübarizə çərçivəsində aldığı 9 milyon dolları geri qaytarmasını tələb edib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xəbərə görə, Tramp ötən gün COVID-19 brifinqi əsnasında bir jurnalistə dünyanın ən varlı ali təhsil qurumları sırasında yer alan Harvardın yardım vəsaitini geri qaytarmasını istəyini söyləyib.

Qeyd edək ki, universitet Trampın ötən ay imzaladığı 2,2 trilyonluq Koronavirusa Yardım, Dəstək və İqtisadi Təhlükəsizlik Müşahidəsi Qanunu çərçivəsində 8,6 milyon dollar yardım alıb.

Universitet tvitter hesabından verdiyi açıqlamada maliyyə yardımının tələbələrə birbaşa kömək etmək üçün xərclənəcəyini açıqlayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/311557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR