Şimali Koreyanı qadın idarə edəcək

Şimali Koreyanı qadın idarə edəcək
14:18 22 Aprel 2020
210 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen Inın ağır xəstə olması və ölüm təhlükəsi yaşaması ölkəsində mübahisələrə səbəb olub.

Publika.az xəbər verir ki, ölkə mediasının lider haqqında məlumat verməməsi fərziyələri alovlandırıb.

Şimali Koreya xalqı Kim Çen Inın öləcəyi təqdirdə, yerinə kimin keçəcəyini müzakirə edir.

Kim Çen 2011-ci ildə atası Kim Çen İlin infarktdan ölməsindən sonra vəzifəyə gəlib. Dolayısı ilə o da vəzifəsini özündən sonrakı nəslə ötürməlidir. Lakin Kimin övladının olması barədə dəqiq məlumat yoxdur. Mütəxəssislərə görə, Kimin övladı varsa, o, ölkəni idarə edəcək yaşa gələnə qədər hakimiyyət Kimin bacısı və ona sadiq şəxslərə verilməlidir.

Hazırda Inın ən güclü xələfi olaraq bacısı Kim Yo Conq göstərilir. O, son 2 ildə hökumətin tərkibində xeyli önə çıxıb. Bu ilin aprel ayından bəri qardaşını müxtəlif rəsmi tədbirlərdə təmsil edən Kim Yo Kommunist Partiyası Mərkəzi komitəsi Dairə Direktorunun Birinci müavini vəzifəsində çalışır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/311554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR