“Report” xəbər verir ki, bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərinı təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə qanuna yeni 13.3-1-ci bənd əlavə edilir. Yeni bəndə əsasən xüsusi təhsil müəssisələrində "Təhsil haqqında" qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunacaq və "Psixoloji yardım haqqında" qanunun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçiriləcək.