Lavrov ELAN ETDİ: ərazilər Azərbaycana qaytarılır, ilkin mərhələdə...

Lavrov ELAN ETDİ: ərazilər Azərbaycana qaytarılır, ilkin mərhələdə...
16:08 22 Aprel 2020
423 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qorçakov Fondunun təşkil etdiyi onlayn “dəyirmi masa”da Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda danışarkən səsləndirdiyi “Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var” sözləri İrəvanda əsəbləri tarıma çəkib.

Publika.az
xəbər verir ki, Ermənistan mediası “Rusiya Qarabağı Azərbaycana qaytarır” tezisini yenidən gündəmə gətirib.

S.Lavrov açıqlamasında BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinə toxunub və bildirib ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan, hazırda fəal müzakirə olunan layihələr var: “Bütün bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”.

Erməni şərhçi Tevos Arşakyan yazır ki, Lavrovun bu bəyanatı İrəvan üçün yaxşı heç nə vəd etmir: “Lavrov münaqişənin nizama salınmasında niyə “mərhələli həll” variantından danışır, Azərbaycanın ərazi bütövlüyünü və BMT TŞ-nin qətnamələrini yada salır? Şübhəsiz Rusiya yenidən öz geosiyasi planlarının icrasına çalışır. Ərazilərin qaytarılması hesabına Türkiyə ilə körpüləri gücləndirmək və Azərbaycanı öz ittifaqlarına doğru çəkmək istəyir. Buna görə də Qarabağın qaytarılmasına dəstək vermək niyyətindədir”.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR