Mixeil Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi
Paylaş
209 baxış·1 dəq oxu
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixeil Saakaşviliyə baş nazirin müavini vəzifəsini təklif edib. “Report” xəbər verir ki, Mixel Saakaşvili bu barədə “Facebook” səhifəsində bildirib. Vladimir Zelenski ona islahatlar üzrə baş nazirin müavini vəzifəsini təklif edib. Saakaşvili təklifi müsbət dəyərləndirib.