Avropa İttifaqında dövlət borcu azalıb

Avropa İttifaqında dövlət borcu azalıb
17:07 22 Aprel 2020
243 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il Avropa İttifaqında (Aİ) dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2018-ci illə müqayisədə 1,8% bəndi azalaraq 77,8%-ə enib.
“Report” xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) hesabatında məlumat verilib.
Belə ki, eyni dövrdə Avrozonada isə dövlət borcunun ÜDM-yə nisbəti 1,7% bəndi azalaraq 84,1% təşkil edib.
Hesabat dövründə Aİ-yə üzv ölkələr arasında dovlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr sıralamasında ilk yerdə 176,6%-lə Yunanıstan qərarlaşıb. Onu 134,8%-lə İtaliya və 117,7%-lə Portuqaliya izləyib.
Dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr sıralamasına isə Estoniya (8,4%), Bolqarıstan (20,4%), Lüksemburq (22,1%) başçılıq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avropa-i-ttifaqinda-dovlet-borcu-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR