Ağstafada minik və yük avtomobilləri toqquşdu, yaralılar var

Ağstafada minik və yük avtomobilləri toqquşdu, yaralılar var
19:47 22 Aprel 2020
231 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qırılı kəndində qeydə alınıb. 
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 40 yaşlı Habil İsgəndər oğlu Abbasovun aldığı xəsarət daha ciddi olub. Digər şəxsə isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-minik-ve-yuk-avtomobilleri-toqqusdu-yaralilar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR