Trampın "vurun" əmrinə İran cavab verdi

Trampın "vurun" əmrinə İran cavab verdi
22:43 22 Aprel 2020
314 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ Tehranı təhdid etmək əvəzinə koronavirus epidemiyasından xilas olsun”.

Publika.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətindən belə açıqlama verilib. Açıqlama qeyd olunur: “ABŞ hərbçiləri arasında çox sayda virusa yoluxma halı var, ABŞ zorakılıq nümayiş etdirmək əvəzinə bütün qüvvəsini koronavirusa yoluxan hərbçiləri xilas etmək üçün səfərbər etməlidir”.

Qeyd edək ki, prezident Donald Tramp ABŞ gəmilərinə təhlükə olacağı təqdirdə İranın hərbi gəmilərinin vurulması barədə əmr verdiyini bəyan edib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/311616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR