Hindistan COVID-19-la mübarizəyə 2 milyard ABŞ dolları ayırdı

Hindistan COVID-19-la mübarizəyə 2 milyard ABŞ dolları ayırdı
01:52 23 Aprel 2020
226 Digər
Ölkə mətbuatı
A- A+

Hindistan hökuməti yeni koronavirusa qarşı mübarizə tədbirlərinə 150 milyard rupi (təxminən 2 milyard ABŞ dolları) vəsaitin ayrılmasını təsdiqləyib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə hökumət saytında yerləşdirilən məlumatda bildirilib.
Vəsait bir neçə istiqamətdə xərclənəcək. Bu məbləğin təxminən 1 milyard ABŞ dolları təcili tədbirlərə, qalan vəsait orta müddətə bir ildən dörd ilədək müddətə yönəldiləcək.
Bundan başqa, COVID-19 ilə mübarizə aparmaq üçün diaqnostik və ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması və inkişafı, tibbi avadanlıq və dərmanların alınması, həkimlər və tibb işçilərinin sığortası və tədqiqat proqramları da nəzərdə tutulur.
Xatırladaq ki, Hindistanda koronavirus infeksiyasına yoluxma halları 20 471-ə çatıb, onlardan 652-si ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistan-covid-19-la-mubarizeye-2-milyard-abs-dollari-ayirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR