Finlandiyada ictimai tədbirlərə qoyulan qadağanın müddəti uzadılır

Finlandiyada ictimai tədbirlərə qoyulan qadağanın müddəti uzadılır
03:27 23 Aprel 2020
249 Digər
Ölkə mətbuatı
A- A+

Finlandiya hökuməti koronavirus epidemiyası səbəbindən ölkədə kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağanı iyul ayının 31-dək uzadacaq.
“Report”un “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Sanna Marin keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusla bağlı vəziyyət hələ də gərgin olaraq qalır.
Qeyd edək ki, Finlandiyada 149 nəfər pandemiyanın qurbanı olub. Ölkədə koronavirusa bir günlük yoluxma 115 nəfər təşkil edib. Koronavirusa ümumilikdə 4 129 yoluxma təsdiqlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/finlandiyada-ictimai-tedbirlere-qoyulan-qadaganin-muddeti-uzadilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR