"Report" "The Guardian"a istinadən xəbər verir ki, komanda büdcə limiti 130 milyon ABŞ dolları olacağı təqdirdə bu addımı atacaq.
"Ferrari"nin rəhbəri Mattia Binotto 145 milyon dolların daha tələbkar qərar olduğunu bildirib: "Əlavə əhəmiyyətli fədakarlıqlar olmadan, xüsusən də insan resurslarımız baxımından buna nail olmaq mümkün deyil. Hədd daha da aşağı olsa, yarış DNK-mızın həyata keçirilməsi üçün başqa gələcək variantlar axtarmaq istəməzdik".
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası və "Formula 1" rəhbərliyi 2021-ci il üçün 175 milyon dollar olan büdcə limiti haqqında razılığa gəliblər. Lakin bu məbləğ koronavirus pandemiyası səbəbindən 145 milyon dollara endirilə bilər. 2022-ci ildə isə limitin 130 milyin dollar olacağı ehtimal edilir.
Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.