ÜST rəsmisindən ŞOK AÇIQLAMALAR: virus uzun müddət bizimlə olacaq

ÜST rəsmisindən ŞOK AÇIQLAMALAR: virus uzun müddət bizimlə olacaq
10:08 23 Aprel 2020
208 Digər
Ölkə mətbuatı
A- A+

“Bu virus uzun müddət bizimlə olacaq”.

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Cenevrədə videokonfrans keçirən baş direktor Qərbi Avropa ölkələrinin çoxunda pandemiyanın sabitləşdiyini və ya azalma getdiyini bildirib: “Rəqəmlərin aşağı olmasına rəğmən, Afrika, Mərkəzi və Cənubi Amerika, Şərqi Avropa ölkələrində təşviş doğuran artımlar qeydə alınır”.

ABŞ-da ona qarşı səsləndirilən istefa çağırışlarına Qebreyesus belə cavab verib: “Bizim məsuliyyətimiz həyatları xilas etməkdir. Bu təşkilatın yaxşıya doğru dəyişməsinə və pandemiyaya fokuslanacam. Gecə-gündüz həyat xilas etmək üçün işləməyə davam edəcəm. Şübhəniz olmasın ki, gedəcək çox yolumuz var. Bu virus uzun müddət bizimlə olacaq”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/311641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR