Bu barədə "Report"un xüsusi müxbirinə Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova məlumat verib.
O, Seymur Hüseynovun ölümünün Azərbaycan icmasına ağır itki olduğunu bildirib: "Həmyerlimiz avtomobildə yuxuya gedərək dəm qazından zəhərlənib. Hazırda mərhumun nəşinin Vətənə, ailəsinə göndərmək üçün “GoFundMe” yardım fondundan dəstək gözləyirik. 2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərmək üçün qurulan bu fonda soydaşlarımızın köməyi ilə mütəmadi olaraq xeyli pul toplanır. Yığılan maddi vəsaitlə həm cənazəni yola salacağıqü, həm də mərhumun ailəsinə yardım edəcəyik”.
Vüsalə Abbasova