Rusiyada ipotekanın illik faizi 6,5% olacaq

Rusiyada ipotekanın illik faizi 6,5% olacaq
12:52 23 Aprel 2020
207 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin hökumətə bütün kredit müddəti üçün illik 6,5% dərəcəsi ilə ipotekanın təsdiqlənməsi barədə göstəriş verib.
“Report”un verdiyi məlumata görə, müvafiq sərəncam Kremlin saytında dərc edilib.
Sənədə əsasən, ilkin mənzil bazarında mənzil almaq üçün bölgə vətəndaşlarına ilkin 3 milyon rubla qədər, Moskva, Sankt-Peterburq, Moskva və Leninqrad vilayətlərində isə 8 milyon rubla qədər ipoteka krediti veriləcək. Bütün kredit müddəti üçün, yəni 20 il ərzində, illik faiz dərəcəsi 6,5% olacaq.
Bu faiz dərəcəsi ilə 2020-ci ilin noyabrın 1-nə qədər ipoteka krediti götürülə bilər.
Nazirlər Kabineti bu qərarı 1 may 2020-ci ilədək təsdiqləməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-ipotekanin-illik-faizi-6-5-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR