Ermənistanın “Qazprom Armeniya” şirkəti abonentləri üç gün ərzində təbii qaza olan borclarını ödəməyə çağırıb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya” Qapalı Səhmdar Cəmiyyəti müraciət yayıb.
Şirkət bildirib ki, abonentlər fevral-aprel ayları üçün istifadə etdikləri təbii qazın pulunu ödəməlidir.
Müraciətə əsasən, aprelin 25-dək ödəniş etməyən abonentlərə qazın verilməsi dayandırılacaq.
Qeyd edək ki, “Qazprom Armeniya” Rusiyanın “Qazprom” dövlət qaz şirkətinin törəmə cəmiyyətidir. Bu cəmiyyət Ermənistanın daxili bazarına təbii qaz tədarük edir və ölkənin bu yanacaqla təminatından məsuldur.