Rusiyanın Vladivostok şəhərinin sakini Dmitri Yakuxnı özünütəcrid rejimində qeyri-adi marafon keçirib.
"Report"un məlumatına görə, o, çarpayının ətrafında qaçaraq 100 km məsafə qət edib.
43 yaşlı idmançı bildirib ki, bunun üçün 10 saat 19 dəqiqə sərf etməli olub.
Qeyd edək ki, Dmitri Yakuxnı uzun məsafələrə qaçış marafonlarına müntəzəm qatılır. O, apreldə Sahara səhrasında 250 km məsafəlik ultramarafonda çıxış etməli idi. Amma yarış pandemiya səbəbindən təxirə salınıb.

Посмотреть эту публикацию в Instagram

Ультрамарафон -100 км вокруг кровати 😉. Приморская сотка дома #iron_team_club #бегувокругкровати #сидимдома #бегудома

Публикация от Якухный Дмитрий (@yakuhnyi_dmitry)