Sənətçilər Afaq Bəşirqızına görə birləşdilər:

Bir sıra sənət adamları birləşərək Afaq Bəşirqızına dəstəyini ifadə edib.

Metbuat.az müraciəti təqdim edir:

Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, ümumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayıb, onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib.

Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar!!! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsinlər!!! Afaq xanım, Sizi sevirik!

Tahir İmanov
Dilarə Əliyeva
Oqtay Əliyev
Ramiz Fətəliyev
Tünzalə Ağayeva
Ənvər Sadıxov
Zülfiyyə Xanbabayeva
Mənsum İbrahimov
Elçin Həşimov
Elnur Əhmədov
Eyyub Yaqubov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR