"Vergi güzəştlərinin təklifi dövlət qayğısından irəli gəlir" - Şərh

"Vergi güzəştlərinin təklifi dövlət qayğısından irəli gəlir" - Şərh
18:18 23 Aprel 2020
493 Digər
Ölkə mətbuatı
A- A+

"Vergi güzəştlərinin təklifi dövlət qayğısından irəli gəlir".

Bunu Publika.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçı bildirib ki, proqram qənaətbəxşdir və səmərəli nəticə verəcək: "Proqram istənilən halda müsbət qiymətləndirilməlidir. Xüsusilə də torpaq və əmlak vergisindən azadetmələrin nəzərdə tutulması təqdirəlayiqdir. Birdəfəlik qəbz almaq şərtilə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən subyektlərə güzəştlərin verilməsi düzgün addımlardan biridir. Eyni zamanda növbəti dövrdə də leqallaşmanın sürətlənməsinə səbəb ola bilər.

Hesab edirəm ki, sahibkarlıq subyektləri üçün ciddi vergi yükü formalaşdıran istiqamətlərdə də müəyyən güzəştlərə ehtiyac var. Bu sahədə əsas vergi növü əlavə dəyər vergisi üzrə yaranan xərclərdir. Mikrosahibkarlıq subyektlərinin yararlana biləcəyi əsas istiqamət sadələşdirilmiş vergidir. Sadələdirilmiş verginin 2020-ci ilin sonuna qədər 0% dərəcəsi ilə hesablanması zənnimcə müsbət nəticələr verə bilər. Azadetmə isə doğru olmaz. Çünki intizamsızlığa gətirib çıxara bilər".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR