İngiltərədə Ty ləqəbi ilə tanınan Nigeriya əsilli məşhur reper Ben Çijoke koronavirus səbəbindən həyatını itirib.

Metbuat.az xəbər verir ki, reper koronavirusdan müalicə aldığı xəstəxanada 47 yaşında dünyasını dəyişib. Aprelin əvvəllərində koronavirusa yoluxduğu deyilən reperin heç bir əlamətinin olmadığı deyilib. Aprelin 19-da edilən açıqlamada reperin vəziyyətinin yaxşılaşdığı bildirilmişdi.

Qeyd edək ki, İngiltərədə virus səbəbindən 31 min 241 nəfər həyatını itirib. Yoluxanların sayı 211 min 364 olub.

Mənbə: Guardian