ABŞ yalnışlıqla "11 sentyabr" hadisələri ilə bağlı sirri açdı

ABŞ Federal Tədqiqatlar Bürosu (FBI) 11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı Ticarət Mərkəzində təşkil edilən terror hücumunda "Əl Qaidə"li terrorçulara yardım etdiyi ehtimal edilən Səudiyyəli şəxsin adını "yalnışlıqla" açıqlayıb.

Metbuat.az xəbər verir ki, 11 sentyabr qurbanlarının ailələri tərəfindən açılan məhkəmələrdə təqdim edilən sənədlərdən birində 1999-2000 yillərində Səudiyyə Ərəbistanın Vaşinqton səfirliyində çalışan Mussaəd Əhməd əl Cərrahın adını silməyi unudublar.

FTB-nin üst vəzifəli çalışanlarından biri tərəfindən qələmə alınan və bu həftə içində açılan məhkəmə sənədində əl Cərrahın 11 sentyabrda "Əkiz Qüllələr" olaraq bilinən Dünya Ticarət Mərkəzinə hücum edənlərə yardım etdiyinin düşünüldüyü qeyd edilib.

Mənbə: Yahoo News


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR