SON DƏQİQƏ!

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.

Mərhum bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri kimi təqaüdə çıxıb.

Bülbülün digər oğlu Polad Bülbüloğlu isə Azərbaycanın Rusiyadakı səfiridir.

Onun qardaşının dəfninə qatılıb-qatılmaması isə bəlli deyil.

Allah rəhmət eləsin! (Modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR